ABŞ senatı İsrail və Ukraynaya yardım paketinin müzakirəsinə başlayacaq
SİYASƏT
12:45
29.11.2023
Baxılıb: 4041
ABŞ senatı İsrail və Ukraynaya yardım paketinin müzakirəsinə başlayacaq

ABŞ Senatı gələn həftə İsrail və Ukraynaya yardım paketinin müzakirəsinə başlayacaq.  

Prezident Joe Biden keçən ay Konqresə 105 milyard dollardan çox müdafiə yardımı tələbi təqdim edib ki, bu yardımın 61,4 milyardı Ukraynaya, 14,3 milyardı isə  İsrailə verilməsi nəzərdə tutulur. 

Joe Biden administrasiyası bu proqramların bir paketdə maliyyələşdirilməsini istəyir, lakin respublikaçılar buna qarşıdırlar.

 

Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası İsrailə 14 milyard dollar ayırmaq üçün ayrıca qanun layihəsini qəbul etsə, lakin Demokratların nəzarətində olan Senat bu qanun layihəsini rədd etmişdi. Qeyd etmək lazımdır ki, Nümayəndələr Palatasının bu qanun layihəsində Ukraynaya yardım nəzərdə tutulmur.

Digər xəbərlər