Ukrayna Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun həyat yoldaşı Marianna Budanovanın ağır metallarla zəhərləndiyi bildirilir. Kiyev hadisənin arxasında Rusiyanın dayandığını bildirib.
Kiyev meri Vitali Kliçkonun müşaviri kimi çalışan Marianna Budanovanın səhhəti uzun müddət pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Budanovanın nə vaxt xəstələndiyi bəlli deyil, lakin bu işdə çox zəhərli maddələr olan civə və arsen istifadə edildiyi bildirilir. Həmçinin zəhərin qida vasitəsilə bədənə ötürüldüyü bildirilir.