Sloveniya hökuməti COVID-19 pandemiyası zamanı pandemiya qaydalarını pozan vətəndaşların ödədiyi cərimələri geri ödəyəcək.
2020-ci ilin martından 2022-ci ilin mayına qədər COVID-19 qaydalarının pozulmasına görə yazılan cərimənin məbləği təxminən 5,7 milyon avro təşkil edib. Vətəndaşlar tərəfindən ödənilmiş 1,7 milyon avro, həmin vətəndaşlara geri qaytarılacaq.
Eyni zamanda pozuntulara yol vermiş vətəndaşların adından bu inzibati xətalar silinəcək.