Finlandiyanın Turku şəhərinin hakimiyyəti Rusiya Baş Konsulluğunun keçmiş binasını alıb sonra isə onu sökəcək.Bu barədə qərar bazar ertəsi, noyabrın 27-də şəhər şurası tərəfindən yekdilliklə qəbul edilib.
Bələdiyyə 1974-cü ildə tikilən 2000 kvadratmetrlik bina və 3500 kvadratmetr torpaq sahəsi üçün 1,6 milyon avro ödəyəcək. Onun yerində isə uşaq bağçası tikiləcək.