İranın müdafiə nazirinin müavini Tasnim xəbər agentliyinə deyib ki, Tehran və Moskva daha sıx hərbi əlaqələr qurmaqda davam edir. Nazir müavininin sözlərinə görə İran və Rusiya Su-35 döyüş təyyarələri və helikopterlərinin tədarükü ilə bağlı razılaşmaları yekunlaşdırıb.
Qeyd etmək lazımdır ki, İranın Hərbi Hava Qüvvələrində rus təyyarələri və 1979-cu il İslam İnqilabından əvvəl əldə edilmiş köhnə ABŞ modelləri də daxil olmaqla cəmi bir neçə zərbə təyyarəsi var.