TASS xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Şimali Makedoniyanın paytaxtı Skopyeyə gedib.
Lavrovun təyyarəsi Şimali Makedoniyaya gedərkən Türkiyə və həmçinin Yunanıstan üzərindən uçub, baxmayaraq ki, əvvəllər marşrutun Bolqarıstandan keçəcəyi gözlənilirdi. TASS-ın əldə etdiyi məlumata görə, Bolqarıstan tərəfi Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin təyyarəsinin göyərtəsində Rusiya diplomatik departamentinin rəsmi nümayəndəsi Mariya Zaxarova olduğu halda, onun uçmasına icazə verməkdən imtina edib.