Noyabrın 29-da ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Görüş Skopyedə ATƏT-in nazirlər konfransı çərçivəsində baş tutub.
Görüşdə Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələlər və Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrin müzakirə edildiyi deyilir.