İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Hüseyn Baqiri və Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman arasında telefon danışığı baş tutub.
Danışıq zamanı tərəflər qarşılıqlı maraqları müzakirə edərək, münasibətlərin yaxşılaşmasından məmnun olduqlarını bildiriblər. Baqiri Səudiyyə Ərəbistanına İslam ölkələri sammitinə ev sahibliyi etdiyinə görə təşəkkür edib və İran silahlı qüvvələrinə hərbi əlaqələri genişləndirməyə hazır olmasını təklif edib.