Dekabrın 1-də Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa İttifaqının Ermənistan Respublikasındakı nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Vasilis Maraqosu qəbul edib.
Ermənistan Müdafiə Nazirliyindən verilən məlumatına görə, görüş zamanı Ermənistan-Avropa İttifaqı əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.