Rusiyaya casusluqda ittiham olun Almaniyanın xarici kəşfiyyat xidmətinin əməkdaşı gələn ay vətənə xəyanət ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.
Almaniya məhkəməsi cümə axşamı bildirib ki, Karsten L. kimi tanınan 53 yaşlı xarici kəşfiyyat əməkdaşının məhkəmə prosesi dekabrın 13-də başlayacaq. O, 2022-ci ilin payızında iki dəfə Almaniyanın dövlət sirlərini Rusiya xüsusi xidmət agentlərinə satmaqda ittiham olunur.