Kalininqrad vilayət məhkəməsi əvvəllər Almaniyanın tərkibində olan müasir Kalininqrad vilayətinin ərazisində Böyük Vətən Müharibəsi illərində nasistlərin törətdiyi cinayətlərin SSRİ xalqının soyqırımı kimi tanınması ilə bağlı prokurorluğun iddiasına baxıb.
Prokurorun iddiası təmin edilib, bu barədə işə baxan mülki işlər üzrə məhkəmə kollegiyasının sədri Yelena Çaşina yekun iclasda bildirib. Məhkəmənin qərarına görə, Böyük Vətən Müharibəsi illərində nasistlərin bu ərazidə törətdiyi cinayətlər SSRİ xalqının soyqırımı kimi tanınıb.