Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri Filip İvanoviç ilə görüşüb.
SİYASƏT
18:11
01.12.2023
Baxılıb: 4290
Ceyhun Bayramov  Monteneqronun xarici işlər naziri Filip İvanoviç ilə görüşüb.
1 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İvanoviç ilə görüşüb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycan və Monteneqro arasında diplomatik münasibətlərin qurulmasından ötən 15 il ərzində iki ölkənin dostluq və əməkdaşlığa əsaslanan əlaqələr qurduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov, bu istiqamətdə qarşılıqlı səfər və təmasların, siyasi məsləhətləşmələrin intensivləşməsinin əhəmiyyətli rol oynadığını qeyd edib.
Digər xəbərlər