Dünyanın dəyişən demoqrafiyası, iqtisadiyyat və din
19:27
02.12.2023
Baxılıb: 5515
Dünyanın dəyişən demoqrafiyası, iqtisadiyyat və din

Pew tədqiqat mərkəzi 2007-2021-ci illəri əhatə edən, dünyanın 95 ölkəsində 200.000 dən çox insanın iştirak etdiyi tədqiqatın nəticəsini paylaşıb. Tədqiqatdan irəli gələn maraqlı məqamları sizinlə paylaşırıq. 

 

1. ABŞ və Qərbi Avropa ölkələrində dindarlığın səviyyəsi aşağı düşür.

 

Belə ki, ABŞ-da 2007-ci ildə əhalinin 78%- özünü xristian kimi adlandırsa da, 2021-ci ildə bu rəqəm 63%-ə düşüb. 

 

Bununla bərabər dini inancı olmayanların da sayında artım var. Belə ki, 2007-ci ildə əhalinin 16%-i özünü dini inancı olmayan adlandırırdısa, 2021-ci ildə bu rəqəm 29%-ə yüksəlib. Digər dinə inanların sayında elə də ciddi artım yoxdur. Belə ki, 2007-ci ildə əhalinin 5%-i digər dinlərə inanırdısa, 2021-ci ildə bu rəqəm 6% olub.  

 

Bundan əlavə, dindarlar arasında da, kilsəyə gedib dini ayinlərdə iştirak edənlərin də sayında azalma müşahidə olunur. 

 

Qeyd etmək lazımdır ki, Qərbi avropada dindarlığın səviyyəsi Amerikadan həmişə aşağı olub. Buna baxmayaraq özünü dindar adlandıranların sayı Qərbi avropa, Avstraliya və Yeni Zellandiya kimi ölkələrdə də aşağı düşüb. 

 

2. Cənubi Qafqazın ən sekulyar ölkəsi Azərbaycandır.

 

Tədqiqat nəticəsində belə məlum olur ki, dinin gündəlik həyatda vacib olduğunu düşünən əhalinin sayına görə Azərbaycan regionun ən sekulyar ölkəsidir. Belə ki, Ermənistan və Gürcüstanda əhalinin 40-59%-i düşünür ki, din gündəlik həyatda vacib rol oynayır. Azərbaycanda isə bu rəqəm 20-39% aralığındadır. 

 

3. 2050-ci ildə müsəlmanların sayı Xristianların sayına çatacaq. 

 

Təbii artım və digər demoqrafik faktorlar növbəti illərdə dini kimliyi olmayanların sayının azalacağına işarə edir. Belə ki, 2010-2050-ci illər ərzində özünü dindar kimi təqdim etməyənlərin sayı 16.4%-dən 13.2%- düşəcək.

 

Bundan əlavə, demoqrafik tendensiyalar onu göstərir ki, 2010-2050-ci illər ərzində xristianların sayı demək olarki eyni qalsa da, müsəlmanların sayı kəskin artacaq. Belə ki, 2010-2050-ci illərdə dünya əhalisinin 31.4%-i  xristian olaraq qalacaq. Lakin 2010-2050-ci illər ərzində müsəlmanların sayı artacaq və 2050-ci ildə 29.7%-ə qalxacaq ki, bununla da, müsəlmanların və xristianların sayı demək olar ki, bərabərləşəcək. 

 

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, xristianların sayı azalmasa da, coğrafi mərkəzləri dəyişəcək. Belə ki, 2060-cı ildə xristianların təxminən 40%-i Afrikadan olacaq.

 

2010-2050 ci illər ərzində Buddistlərin sayı 7.1%-dən 5.2%-ə düşəcək. Yəhudilərin sayında isə dəyişiklik olmayacaq. 

 

4. Din bəzi cəmiyyətlərdə birləşdirici, bəzilərində isə bölücü rol oynaya bilir. 

 

Qərbi Avropa kimi dindarlığın aşağı olduğu ölkələrdə əhalinin 39%-i düşünür ki, din insanın həyatında məna və məqsəd yaradır. Həmçinin Amerika və və bəzi qərb ölkələrində dindar insanların daha xoşbəxt olduğu bildirilir. Eyni zamanda ABŞ əhalisinin 53%-i  düşünür ki, din insanları birləşdirir. 

 

Lakin bəzi ölkələrdə, məsələn Hindistanda əhalinin böyük hissəsi düşünür ki, fərqli dindən olan insanların evlənməsinin qarşısı alınmalıdır. Onlar həmçinin başqa dindən olan insanlarla qonşu olmaq istəmədiklərini bildirir. 

 

Dinin bölücü rol oynadığı ölkələrdən biri də, İsraildir. Belə ki. 2014-2015-ci illərdə İsrailldə aparılan sorğuda İsraildəki dünyəvi yəhudilərin 93%-i övladlarının Haredi (ultra-pravoslav) yəhudi ilə evlənməsi ehtimalından narahat olduqlarını bildirir. Eyni zamanda ultra-pravoslav yəhudilərin də 95%-i isə övladlarının sekulyar yəhudilərlə evlənməsindən narahat olduğunu bildirib. 

 

Bundan əlavə, Avropada dindar xristianlar dindar olmayan Avropalılar ilə müqayisədə daha milliyətçi, miqrant əleyhdarı və digər dinlərdən olanlara qarşı neqativ münasibət bəsləyən insanlar olur. 

 

5. Dindarlıq və rifah səviyyəsində tərs mütənasiblik var. 

 

 

Tədqiqatdan çıxan maraqlı nəticələrdən biri də odur ki, dindarlığın aşağı olduğu ölkələrdə iqtisadi inkişaf yüksək, dindarlığın yüksək olduğu ölkələrdə isə iqtisadi inkişaf zəif olur. Qısa desək, dindar ölkələr kasıb, dindar olmayan ölkələr isə varlı olur.  Yuxarıdakı cədvəldən də aydın olur ki, dindarlıq azaldıqca adam başına düşən milli gəlir artır. 

 

 

6. Dinarlıq və əhalinin təbii artımı arasında düz mütənasiblik var. 

 

 

Tədqiqatdan çıxan digər maraqlı nəticələ də odur ki, dindarlıq və əhalinin təbii artımı arasında düz mütənasiblik var. Belə ki, əhalisi daha az dindar olan Avropa ölkələri və Yaponiyada əhalinin 2060-cı ilə qədər azalacağı praqnozlaşdırılır. Lakin dindar ölkələrin əhalisinin isə sürətlə artacağı gözlənilir. Məsələn, vətəndaşların 86%-nin dinin vacib olduğunu düşündüyü Nigeriya əhalisinin 2015-2060-cı illərdə 4 dəfə artacağı proqnozlaşdırılır. 

 

7. Bəzi ölkələrdə gənclər yaşlı nəslə nisbətən daha az dindardır.

 

100 ölkədə aparılan sorğunun nəticəsinə görə, 46 ölkədə 18-39 yaşlı əhali 40 yaşdan yuxarı əhali ilə müqayisədə dinin daha az vacib olduğunu düşünür. 58 ölkədə isə demək olar ki, dinə yanaşmada yaşlılar və gənclər arasında elə də böyük fərq yoxdur. Yalnız iki ölkədə, Gürcüstan və Qanada gənclər yaşlı nəslə nisbətən dinin daha vacib olduğunu düşünür. 

 

8. Gender, təhsil və din arasında əlaqə.

 

Tədqiqatın nəticəsinə görə ABŞ və əksər xristian ölkələrdə qadınlar kişilərə nisbətən daha dindardır. Lakin bu dünyanın hər yerində belə deyil. Fərqli ölkələrdə və dinlərdə kişilər daha dindar ola bilir. Eyni zamanda ABŞ-da ali məktəb bitirənlər daha az dindar olduğu halda, orta məktəb bitirənlər daha çox dindar olduğu müəyyən olub. 

 

Hindu və İslam dinində təhsil baxımından qadın və kişilər arasında fərq var. Belə ki, bu dindən olan qadınlar kişilərlə müqayisədə daha az təhsil alır. Buna baxmayaraq, son illərdə kişilər və qadınlar arasında təhsil fərqi azalır. 

 

 

Bir daha qeyd etmək lazımdır ki, yuxarıdakı bütün nəticələr www.pewresearch.org saytından götürülüb. 

SON XƏBƏRLƏR
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01
Uşaq fabriki - gələcək necə ola bilər?!
20:59
CAR-ın vitse-prezidenti tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb
20:37
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib
20:36
Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib
20:16
Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir
19:18
KİV: Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsində Hindistanın köməyinə ümid edir
19:04
Le Pen Fransa prezidentinin siyasətini tənqid edib
19:02
Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib, hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib
19:00