İranın HƏMAS-la birgə döyüşməməsinin 7 səbəbi
SİYASƏT
18:48
04.12.2023
Baxılıb: 6263
İranın HƏMAS-la birgə döyüşməməsinin 7 səbəbi

Amerikanın məşhur “Foreign Policy” jurnalında London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Yaxın Şərq Mərkəzinin əməkdaşı Arash Reisinezhadın İran və HƏMAS münasibətlərinə dair yazısı çap edilib. Yazıdakı maraqlı məqamları diqqətinizə çatdırırıq. 

 

 

Müəllif qeyd edir ki, İsrail və HƏMAS arasında müharibə başlayanda hamını narahat edən məsələlərdən biri İranın bu müharibəyə qoşulması idi. Lakin İranın və Hizbullah davamlı şəkildə İsraili təhdid etməsinə baxmayaraq, üç aya yaxındır davam edən döyüşlərə nə İran nə də Hizbullah müdaxilə etmir. Onların bundan sonra da, bu müharibəyə müdaxilə etməsi real görünmür.

 

 

Müəllif İranın məsələyə müdaxilə etməməsini 7 səbəblə izah edir. Səbəblər aşağıdakı kimidir. 

 

 

Birinci səbəb ondan ibarətdir ki, son dövrlərdə İranda baş vermiş etirazlar, sanksiyaların yaratdığı iqtisadi problemlər, gənc və orta sinif şəhər əhalisi arasındakı narazılıq əhali arasında hökümətə dəstəyin yüksək olmadığını göstərir. İran başa düşür ki, indi əhalini 1980-ci illərdəki kimi düşmənə qarşı mobilizasiya etmək çətindir. 

 

 

İkinci səbəb isə hökümət daxilindəki mötədil qrupların ölkə rəhbərliyinə müharibəyə qarışmamaq barədə xəbərdarlığıdır. Qeyd etmək lazımdır ki, İsrail və HƏMAS arasında toqquşma İran höküməti daxilində mötədil və mühafizəkarlar arasındakı ziddiyəti də artırıb. Belə  ki, mötədil qruplar İranın bu müharibəyə müdaxilə etməməsinin tərəfindədir. Mühafizəkarlar isə, daha sərt siyasətin, yürüdülməsini dəstəkləyir. Onlar iddia edirlər ki, HƏMAS-ın məğlubiyyəti avtomatik olaraq Hizbullahın məğlubiyyəti ilə nəticələnəcək və sonda isə hücumun hədəfi İran olacaq. Bu səbəbdən İran öz əlaltıları vasitəsilə ABŞ-ın Suriya və İraqdakı bazalarına hücum etməlidir. 

 

 

Lakin keçmiş xarici işlər naziri Cavad Zərif kimi mötədil qrupun nümayəndələri hesab edir ki, İranın bu müharibəyə müdaxiləsi İran üçün dağıdıcı nəticələri olan ABŞ - İran toqquşmasına səbəb ola bilər. Onu da qeyd etmək lazımdır ki, hazırkı İbrahim Rəisi höküməti Cavad Zərifi maksimum zəiflətməyə çalışsa da, onun siyasi elita və cəmiyyət arasında hələ də ciddi nüfuzu var. 

 

 

 

Üçüncü səbəb HƏMAS-ın 7 oktyabr hücumu İsrailin yüksək texnologiyaya əsaslanan müdafiə qabiliyyətinə zərbə vursa da, İranın İsrailə qarşı stratejik yanaşması dəyişməz olaraq qalır. İran, bütün bunlara baxmayaraq İsrailə və regiondakı güc dinamikasına olan münasibətini olduğu kimi saxlayır. Bu səbəbdən İran hücum edərək İsrailin müdafiə qabiliyyətini yoxlamaq niyyətində deyil.  

 

 

Dördüncü səbəb isə geniş yayılmış fikrin əksinə HƏMAS və Hizbullah İranın əlaltısı yox, müttəfiqidir. Onlar arasında vertikal əlaqə yoxdur. Başqa sözlə, İran müdir bu iki qruplaşma isə işçi deyil ki, müdiren verdiyi tapşırıqları yerinə yetirsin. İran və bu təşkilatlar arasında keçmişdə baş verən fikir ayrılıqları buna sübutdur.

 

 

Belə ki, Suriyada vətəndaş müharibəsi zamanı HƏMAS Bəşər Əsədin əleyhinə olan sünni qrupları dəstəkləmişdi. Baxmayaraq ki, İran birmənalı olaraq Əsədin hakimiyyətdə qalması üçün əlindən gələni etmişdi və indi də edir.

 

 

Bundan əlavə noyabr ayında Reuters iddia etmişdi ki, Ayətullah Seyid Əli Xameneini HƏMAS lideri İsmail Haniyəyə xəbərdarlıq edib ki, İran İsrailə hücum barədə xəbərdarlıq etmədiyi üçün HƏMAS-la birgə İsrailə qarşı vuruşmayacaq. 

 

 

Beşinci səbəb ondan ibarətdir ki, İranın Moskvada və Pekindəki strateji partnyorları HƏMAS-a birmənalı dəstək ifadə etməyiblər. İran, Rusiya və Çin ilə gələcəkdəki mümkün əməkdaşlıq üçün onlarla münasibətlərini pozmaq niyyətində deyil. Bu cür əlaqələrin pozulması İranı gələcəkdə müttəfiqsiz qoya bilər. 

 

 

Altıncı səbəb kimi göstərilir ki, İrandakı siyasi elita arasında belə bir düşüncə var ki, Ərəb ölkələri İranın İsraillə müharibə etməsində maraqlıdır. Eyni zamanda Ərəb ölkələrinin liderləri HƏMAS-ı İranın destruktiv rol oynayan əlaltısı kimi görür və İsrailin onu məhv etməsini məmnunluqla qarşılayar. 

 

 

Sonuncu və ən önəmli səbəb isə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin məsələlərə ideoloji yox realist baxmasıdır. İlk növbədə Xamanei İraqla müharibə zamanı İranın prezidenti olub və o, müharibənin dağıdıcı nəticələrini çox gözəl bilir. ABŞ-la da baş verə biləcək istənilən müharibənin hansı nəticələr doğuracağı ona kifayət qədər aydındır. Bu səbəbdən İran General Qasım Süleymaninin qətlinə təmkinlə cavab verdi. Xamanei bundan illər əvvəl də, Əfqanıstanda İranlı diplomatlar qətlə yetiriləndə, təmkinli davranaraq xalqı sakitləşdirməyi bacarmışdı. 

 

 

Yuxarıda adı çəkilən səbəblərə görə, İran çox güman ki, birbaşa müharibəyə girişməyəcək. Lakin bu müharibə İranın nüvə proqramını sürətləndirə bilər. Xüsusilə mühafizəkar qrup İranın bütün gücü ilə nüvə proqramını davam etdirməsinin tərəfindədir. Onlar iddia edir ki, İranın nüvə imkanı keçmişdə də ona müttəfiqlərinə kömək etməyə yardım etmişdi. 

 

 

Bütün bunlara baxmayaraq İran HƏMAS-ı tək qoymayacaq. HƏMAS İranın Qəzzadakı ən vacib tərəfdaşıdır. Bu səbəbdən o, İsrail və ABŞ-a başqa yerlərdə öz əlaltıları vasitəsilə təzyiqlər edəcək. 

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Bayden Trampa zəng vuraraq onu ABŞ prezident seçkilərində qələbə münasibətilə təbrik edib
00:41
Uttar-Pradeş ştatında rikşa və yük maşınının toqquşması nəticəsində 11 nəfər həlak olub
00:39
Harris Trampı prezident seçkilərində qələbə münasibətilə təbrik edib
00:38
Səfir Yerusəlim Patriarxı ilə səfirlik və dini qurum arasında əməkdaşlığı müzakirə edib
00:36
Netanyahu Donald Trampla telefon danışığı aparıb
00:35
Azərbaycanın ECO-dakı daimi nümayəndəsi Baş katiblə təşkilatın COP29-dakı iştirakını müzakirə edib
00:33
Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filmi Ankarada nümayiş olunub
00:32
Azərbaycan Qazaxıstanla nüvə enerjisi üzrə təcrübə əməkdaşlığını müzakirə edib
17:35
"İsrailə casusluqda” təqsirli bilinən dörd iranlı barəsində edam hökmü çıxarılıb
17:33
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb
17:31
Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb
17:29
Fuad Çıraqov :"Qərb demoqrafiyasında və sosiologiyasında baş verən keyfiyyət dəyişikliyinin təzahürüdür"
16:59
Tram qalib gəlib
11:24
İranda son iki gündə on bir məhbus barəsində çıxarılan ölüm hökmü icra edilib
11:18
KOBİA: Vahid rəqəmsal platforma və milli standartlar biznesi istiqamətləndirəcək
11:16
Türkiyə XİN başçısı: Prezident seçkilərindən sonra ABŞ Suriya və İraqdan çəkilə bilər
11:14
Tramp irəlidədir
11:08
“Axios”: ABŞ İraqdan İranın öz ərazisindən hücumunun qarşısını almağı tələb edib
11:04
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağını açıq hərraca çıxarır
11:03
“Gürcüstan hakimiyyətinin öz suverenliyini müdafiə etməsi Qərb ölkələrinin nüfuzlu adamlarının xoşuna gəlmir”
11:01