Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a işgüzar səfər çərçivəsində ABŞ Müdafiə Nazirliyində müdafiə nazirinin müavini Laura Kuper ilə görüşüb.
Görüşdə tərəflər ikitərəfli müdafiə sahəsində əməkdaşlıq məsələlərini, birgə proqramların həyata keçirilməsini, sülhməramlı fəaliyyət çərçivəsində əməkdaşlıq və iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıb.
Həmçinin Ermənistan silahlı qüvvələrində idaretmə və şəffaflıq sahəsində də birgə fəaliyyətin aparılacağı vurğulanıb.