Rusiya prezidenti Vladimir Putin bu gün 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını təsdiqləyib.
Bu barədə o, Kremldə bir qrup şəxsə Rusiya Qəhrəmanı mükafatının təqdim edilməsi mərasimindən sonra mükafatçılarla görüş zamanı məlumat verib.
Qeyd etmək lazımdır ki, Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası dünən prezident seçkilərinin martın 17-də keçirilməsi barədə qərar qəbul edib.