Danimarka parlamenti dini əhəmiyyət kəsb edən kitablarla “uyğun olmayan rəftar”a görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib. Bu o deməkdir ki, Danimarkada Quranın yandırılması qadağan edilib.
Bir neçə ay öncə Quran kitabına qarşı qeyri-etik hərəkətdən sonra Müsəlman icması arasında haqlı narazılıqlar yaranmışdı. Bu səbəbdən parlament bu barədə qanun layihəsini müzakirəyə çıxarmışdı.
Dörd saata yaxın davam edən müzakirələrdən sonra qanun üçüncü oxunuşda parlamentin 179 deputatından 94-ü tərəfindən qəbul edilib.
Bu qanunlar dini kitabları təhqir məqsədilə açıq şəkildə yandırmaq, ləkələmək, təpikləmək, cırmaq, kəsmək, və ya bıçaqlamaq da qadağan olunacaq.
Cinayəti törətməkdə təqsirli bilinən hər bir kəsi iki il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.