Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani sarayında milli azlıqların nümayəndələri ilə görüşüb. Zurabaşvili qonaqlara bildirib ki, biz Avropa İttifaqına birlikdə daxil olacağıq, çünki bu, ölkəmiz üçün yeganə real perspektivdir. Biz bu yolla sülhə və Avropanın təklif etdiyi rifahı əldə bilərik.
Prezident həmçinin əlavə edib ki, vətəndaşın milli mənsubiyyəti yoxdur, o, öz etnik mənşəyi, dini inancı, kökü olan tamhüquqlu vətəndaşdır və Avropa tipli dövlətdə hər kəsin uğur qazanmaq və tam mövcud olmaq imkanı olmalıdır.
Qeyd edək ki, hazırda Prezident Zurabaşvili və hakim Gürcü Arzusu partiyası arasında münasibətlər o qədər də isti deyil. Hakim Partiya prezidentin impiçmenti üçün çalışsa da, buna nail ola bilməyib.