Böyük Britaniya sanksiyalar siyahısını genişləndirərək yeni adları siyahıya əlavə edib. Qeyd etmək lazımdır ki, sanksiyalara ölkəyə girişə qadağa qoyulmasını və əgər varsa, həmin şəxslərin Böyük Britaniyadakı əmlaklarına həbs qoyulması aiddir.
Yeni siyahıda Belarusiyadan 17 nəfərin adı daxil edilib. Siyahıya Belarusiya Ali Məhkəməsinin üzvləri Valentina Kulik və İqor Lyubovitski və prokurorların adları daxil edilib.
Bundan əlavə Suriyadan 3-ü nazir olmaqla ümumilikdə 8 nəfərin adı sanksiya siyahısına salınıb.
İrandan da ədliyyə və xüsusi xidmət orqanlarında çalışan 5 nəfərin adı sanksiya siyahısına salınıb.
Son olaraq Kamboca, Tayland, Avstraliya, Çin və Myanmada məcburi əmək, insan alveri və fırıldaqçılıqla məşğul olan biznesmen və hökümət rəsmilərinə də sanksiya tətbiq edilib.