Fransa parlamenti Ermənistana əlavə 15 milyon avro təcili yardımın ayrılmasını təsdiqləyib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu pul qeyri-hökumət təşkilatlarının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Ermənistan Qızıl Xaçının və BMT agentliklərin vasitəsilə xərclənəcək.
Bəyanatda deyilir ki, 2023-cü il üçün Fransanın Ermənistana ümumi yardımı 27,5 milyon avroya çatıb.
Qeyd edək ki, Fransa noyabr ayının əvvəlində də, Ermənistana 12.5 milyon avroluq yardım ayırmışdı.