Vladimir Putin Misir prezidentinə təşəkkür edib
SİYASƏT
16:27
09.12.2023
Baxılıb: 2730
Vladimir Putin Misir prezidentinə təşəkkür edib

TASS-ın məlumatına görə Rusiya prezidenti Vladimir Putin və Misir prezidenti Əbül Fəttah Əl-Sisi arasında telefon danışığı baş tutub. 

 

 

Danışıq zamanı Putin Sisiyə Rusiya vətəndaşlarının Qəzza bölgəsindən evakuasiyasına kömək etdiyi üçün mimnətdarlıq bildirib. 

Putin həmçinin həmkarına BƏƏ-ə səfəri və İran prezidenti İbrahim Rəisi ilə Moskva görüşü barədə məlumat verib. 
 

Putin və əl-Sisi “çox uğurla inkişaf edən” Rusiya-Misir əməkdaşlığı məsələlərini də müzakirə ediblər. Hər iki tərəf strateji tərəfdaşlıq prinsipləri əsasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin dostluq şəraitində daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Digər xəbərlər