Qəzzada ölənlərin sayı artıb. Fələstinin səhiyyə nazirliyindən verilən məlumata görə 7 oktyabrdan bəri Qəzza zolağında ölənlərin sayı 18 min nəfərə çatıb. Yaralananların sayı isə 49 mini ötüb.
7 oktyabrdan bəri davam edən döyüşlərdə qısa müddətdə atəşkəs elan olunsa da, hələlik uzunmüddətli atəşkəsin olması real görünmür.