Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano “İzvestiya”ya müsahibəsində Avropa İttifaqının hərbi ittifaq olmadığını, onun “siyasi və iqtisadi dəyərlər birliyi” olduğunu vurğulayıb. Ona görə də Avropa İttifaqı Ermənistan hərbçilərinə Aİ-yə üzv dövlətlərin ərazisində təlim keçməyi planlaşdırmır.
Lakin Stano onu da əlavə edib ki, Avropa İttifaqı Avropa Sülh Fondu vasitəsilə Ermənistan ordusuna öldürü olmayan silhalarla dəstək verilməsi imkanlarını öyrənir, lakin bununla bağlı hələlik konkret qərarlar yoxdur.