Rusiyanın müxalifət lideri Aleksey Navalni bu gün səhər Vladimir vilayətinin Kovrov şəhər məhkəməsində keçirilən məhkəmə iclasına gəlməyib.
Həbsdə olan siyasətçinin komanda yoldaşları bildiriblər ki, 6 gündür Navalnidan xəbər yoxdur, vəkilin ona baş çəkməsinə qadağa qoyulub.
Navalnının komanda yoldaşlarının sözlərinə görə, həbsdə olan siyasətçinin səhhəti noyabrın sonudan etibarən pisləşməyə başlayıb.