Danimarka 2022-ci il sentyabrın 26-da baş vermiş “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərinə hücumların araşdırılmasında Rusiyanın hüquqi yardım tələbindən imtina edib. Rusiya Xarici İşlər Nazirliyi Danimarkanın təkzibinin əsas məqsədinin əsl günahkarları gizlətmək olduğunu bildirib.
Danimarkanın qərarına baxmayaraq, Rusiya istintaqı müstəqil şəkildə davam etdirmək niyyətindədir.