Bir müddət öncə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş Nazirinin aparatı birgə bəyanat yayaraq, 32 erməni və 2 azərbaycanlı hərbiçinin dəyişdirilməsi ilə bağlı razılığın əldə olunmasını elan etmişdi.
Həmin bəyanatdan 6 gün keçəndən sonra, hərbiçilərin dəyişdirilməsi bu gün Azərbaycan və Ermənistan sərhədinin Qazax-İcevan hissəsində baş tutub.
Hərbiçilərin dəyişdirilməsi prosesində hər iki ölkədən iki hərbiçi iştirak edir.
Hadisə yerindən şəkilləri təqdim edirik.