Viktor Orban - Ukraynanın Aİ-a sürətli üzvlüyü maraqlarımıza ziddir
SİYASƏT
00:17
14.12.2023
Baxılıb: 4668
Viktor Orban - Ukraynanın Aİ-a sürətli üzvlüyü maraqlarımıza ziddir

Brüsseldə sabah baş tutacaq Avropa İttifaqı sammiti ərəfəsində, Macarıstan Ukraynanın bu quruma üzvlüyünə qarşı olduğunu bir daha bəyan edib. Belə ki, Macarıstan Baş Naziri, sabah Brüsseldə Kiyevlə üzvlük danışıqlarına başlama qərarına veto qoymaqla hədələyib. 

Parlamentdə çıxış edən Baş Nazir Viktor Orbán, qonşu Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyünün Macarıstanın milli maraqlarına zidd olduğunu bildirdi.

"Macarıstan hökumətinin mövqeyi budur ki, bu, Avropa İttifaqı üçün proqnozlaşdırılmayan nəticələrə səbəb olacaq. Ukraynanın sürətli üzvlüyü nə Macarıstan, nə də Avropa İttifaqının maraqlarına uyğundur," deyə Orbán bildirib.  

Digər xəbərlər