Qırğızıstanın Türkiyədəki səfiri xarici işlər nazirinin müavini ilə görüşüb
SİYASƏT
00:01
15.12.2023
Baxılıb: 3857
Qırğızıstanın Türkiyədəki səfiri xarici işlər nazirinin müavini ilə görüşüb

Qırğızıstanın Türkiyədəki səfiri Ruslan Kazakbayev Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar ilə görüşüb.

Qırğızıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı siyasi, ticarət-iqtisadi, hərbi-texniki və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin 4 oktyabr 2023-cü il tarixində İstanbulda Qırğızıstan Xarici İşlər Nazirliyi ilə Türkiyə Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dair müzakirələr aparıblar. 

Digər xəbərlər