Sabah Çexiyada matəm günü olacaq
SİYASƏT
15:43
22.12.2023
Baxılıb: 3706
Sabah Çexiyada matəm günü olacaq

BBC xəbər verir ki, Çexiyada şənbə günü Praqadakı Çarlz Universitetində silahlı şəxs tərəfindən öldürülənlərin xatirəsinə bir gün matəm elan edilib. 

"Şənbə günü matəm günüdür. Bütün dövlət binalarının bayraqları endiriləcək, günortadan sonra isə biz həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcəyik", - deyə Çexiyanın baş naziri Petr Fiala bildirib.

Ölkədə bir sıra idman və mədəniyyət tədbirləri təxirə salınıb.

 

Qeyd etmək lazımdır ki, dünən  Praqada 24 yaşlı çex tələbə atasını güllələdikdən sonra universitetdə 14 nəfəri öldürüb, 25 nəfəri yaralayandan sonra özünü öldürüb. 

Digər xəbərlər