Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov Latin Amerikası ölkələrinə səfəri çərçivəsində Kubaya gedib.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Lavrovun Havanada Kubanın xarici işlər naziri Bruno Rodrigez Parrilla və respublika prezidenti Migel Diaz-Kanel ilə görüşü planlaşdırılır. Tərəflərin ikitərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin qlobal və regional gündəliyi müzakirə edəcəyi gözlənilir.
Zaxarova həmçinin qeyd edib ki, gündəlikdə neokolonial praktikaya qarşı mübarizə məqsədilə Moskva və Havana arasında səylərin əlaqələndirilməsi də yer alacaq.
Lavrovun regiona səfəri çərçivəsində növbəti dayanacağı fevralın 20-də Venesuela və fevralın 21-dən 22-dək G20 xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyi Braziliya olacaq.