Gürcüstanın yeni seçilmiş baş naziri İrakli Kobaxidze rəsmi səfər çərçivəsində ilk səfərini Brüsselə edib. Görüş zamanı Avropa İttifaqı və NATO rəsmiləri ilə görüş nəzərdə tutulur.
İrakli Kobaxidze Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının 8-ci iclasında iştirak edəcək, ardınca isə Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell və Oliver Varheli ilə birgə mətbuat konfransı keçiriləcək.
Səfər zamanı hökumət başçısının NATO-nun baş katibi ilə görüşü və həmçinin NATO-Gürcüstan komissiyasının iclasında iştirakı gözlənilir.