Fransanın müdafiə naziri sabah ilk dəfə Ermənistana səfər edəcək. Müdafiə naziri Sebastien Lecornu Fransanın RTL telekanalına müsahibəsində bu məlumatı şəxsən açıqlayıb.
Nazir müsahibə zamanı bildirib ki, Fransa Ermənistana hərbi texnikanı sırf müdafiə məqsədləri üçün verir. "Əməkdaşlığın yalnız müdafiə məqsədləri var, Fransa eskalasiyanı istəmir. Ermənistan Fransanın xüsusi əlaqələri olan dost ölkədir. Bunu dünənki Panteon tədbiri də sübut edir" deyə Lekornu bildirib.
Qeyd etmək lazımdır ki, ötən ilin oktyabrında Ermənistan və Fransa hərbi sahədə əməkdaşlığa dair saziş imzalayıblar. Bu sazişə əsasən Fransa Ermənistanı radarlar və raketlərlə təmin etməli, ordu islahatları ilə bağlı məsləhətlər verməlidir.