Roma Papası Ukraynanı ağ bayraq qaldırmağa çağırıb
SİYASƏT
12:59
10.03.2024
Baxılıb: 1835
Roma Papası Ukraynanı ağ bayraq qaldırmağa çağırıb

Reuters xəbər agentliyinin məlumatına görə Roma Papası Fransis mətbuata verdiyi intervyuda bildirib ki,  düşünürəm ki, ən güclü şəxs vəziyyətə baxan, xalqı düşünən və ağ bayraq cəsarətinə sahib olan, danışıqlar aparandır. Fransisk həmçinin bildirib ki,  danışıqlar beynəlxalq güclərin köməyi ilə aparılmalıdır.

 

Papa həmçinin əlavə edib  ki, danışıqlar sözü cəsarətli bir sözdür. Məğlub olduğunuzu, işlərin yaxşı getmədiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır. 

 

Qeyd etmək lazımdır ki, son vaxtlar Rusiya ordusunun Ukrayna cəbhəsindəki uğurları artdıqca Ukraynanın itirdiyi ərazilərdən imtina edib Rusiya ilə danışıqlara getməli olduğunu düşünənlərin sayı artır. Buna baxmayaraq Ukrayna Prezidenti sülh danışıqları üçün Ukraynanın ərazi bütövlüyünün təmin edilməsini şərt kimi irəli sürür. 

Digər xəbərlər