NATO-nun Brüsseldəki mənzil-qərargahı qarşısında İsveç bayrağı təntənəli şəkildə qaldırılıb. Qeyd edək ki, İsveç martın 7-də alyansa rəsmən qoşulub.
Mərasimdə İsveç hökumətinin nümayəndələri eləcə də İsveç şahzadəsi Viktoriya iştirak edib.
Açılış mərasimində alyansın baş katibi Yens Stoltenberq bildirib ki, İsveçi üzv kimi qəbul etməklə biz NATO-nun qapılarının açıq olduğunu göstərdik. Hər bir xalq öz yolunu seçə bilər. Bizim yolumuz demokratiya və təhlükəsizlikdir. Cəsur Ukrayna xalqı da hazırda bu dəyərlər uğrunda mübarizə aparır.
Qeyd edək ki, İsveç, Finlandiya ilə birlikdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 200 ildən çox müddətə bitərəf statusundan imtina edərək NATO-a qoşulmaq qərarına gəlib.