Xarkov şəhərinə Rusiya qüvvələrinin yeni raket zərbəsi endirməsi haqqında məlumatlar yayılıb. Xarkovun Meri İqor Terexovun sözlərinə görə, Xarkov yaşayış massivinə raket hücumu nəticəsində bir nəfər ölüb, yaralananlar var.
Bundan əvvəl Ukrayna hakimiyyəti Xarkovda gecə hücumları nəticəsində həlak olanların sayının 7-yə çatdığı, 11 nəfərin yaralandığı barədə məlumat vermişdi.