Yeni Konstitusiya layihəsi
SİYASƏT
16:47
19.08.2024
Baxılıb: 2313
Yeni Konstitusiya layihəsi

Mətninə müxtəlif illərdə ümumilikdə 19 dəyişiklik edilən Türkiyənin 1982-ci ildə qəbul edilmiş Konstitusiyasının hazırkı redaksiyası artıq ölkənin ehtiyaclarını ödəmir. Bununla əlaqədar olaraq, payız sessiyasının əvvəlindən (2024-cü ilin oktyabrında - red.) Respublikanın Əsas Qanununun yeni layihəsinin müzakirəsinə başlamağı planlaşdırırıq.

 

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

 

Onun sözlərinə görə, yeni Konstitusiyasının qəbulu ilə bağlı addımların yol xəritəsi müəyyən edilib.

 

“2025-ci ilə qədər davam edəcək müzakirələrdə müxtəlif siyasi partiyaların nümayəndələri, ictimaiyyət, ali məktəblərin, məhkəmə sisteminin, cəmiyyətin digər təbəqələrinin nümayəndələri iştirak edəcək. Biz bütün təşəbbüsləri təhlil edəcəyik. Daha sonra qanunvericilik müzakirələri keçiriləcək”, - deyə parlamentinin spikeri bildirib.

 

Kurtulmuş Türkiyənun hazırkı Konstitusiyasını “hərbi çevriliş iştirakçılarının imtina edilməli olan irsi” adlandırıb. “Mən tam inanıram ki, biz yeni Konstitusiyanı qəbul edə biləcəyik. Bu, 28-ci çağırış millət vəkillərinin əsas missiyalarından biridir və o, Türkiyənin daha da güclənməsinə kömək edəcək”, - deyə TBMM-nin sədri əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51