Misir ABŞ və İsrailin təklifini qəbul etməyib
SİYASƏT
12:41
23.08.2024
Baxılıb: 932
Misir ABŞ və İsrailin təklifini qəbul etməyib

Misir Qəzza ilə sərhədboyu Filadelfi dəhlizində hərbi qüllələrin tikilməsi üzrə ABŞ və İsrailin təklifini qəbul etməyib. Bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb.

 

AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Qahirə İsrailin səkkiz müşahidə qülləsi tikmək, eləcə də ABŞ-ın Misir və Qəzza sərhədi boyunca 14 kilometrlik Filadelfi dəhlizində iki qüllə inşa etmək təkliflərini qəbul etməyib. Bununla belə, İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS ilə potensial atəşkəs razılaşmasından asılı olmayaraq, qoşunlarını Rəfah sərhəd keçidindən və Filadelfi dəhlizindən çıxarmayacaq.

 

Misir ABŞ və Qətər ilə birlikdə İsrailin Qəzzada 10 aydır davam edən müharibəsində atəşkəs razılaşmasına nail olmaq üçün danışıqlarda vasitəçilik edir.

 

Danışıqların son raundları keçən həftə Dohada keçirilib, lakin heç bir atəşkəs razılaşması əldə olunmayıb. Bu raunddan sonra Misir, ABŞ və Qətər liderləri birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı bu həftənin sonunda Qahirədə və ya Dohada atəşkəs danışıqlarını davam etdirməyə və bütün mübahisəli məsələləri həll etməyə çağırıblar.

 

Misir mediası yazır ki, Baydenin Yaxın Şərq üzrə baş məsləhətçisi Brett Makqurk da danışıqlara qatılmaq üçün Qahirəyə gəlib. Danışıqlarda Qəzza bölgəsində İsrail qoşunlarının sayının azaldılması ətrafında müzakirələr aparacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02