Bakıda “Mayot ölüm adası” adlı sənədli filmin nümayişi olub
SİYASƏT
20:57
02.09.2024
Baxılıb: 1483
Bakıda “Mayot ölüm adası” adlı sənədli filmin nümayişi olub

Bakıda səfərdə olan Qəmər Adaları İttifaqının, eləcə də bu dövlətin beynəlxalq səviyyədə ərazisi kimi tanınan, lakin Fransa tərəfindən işğal edilən Mayot adasından nümayəndələrinin iştirakı ilə Nizami Kino Mərkəzində “Mayot. Ölüm adası” adlı sənədli film nümayiş etdirilib.

"Report" xəbər verir ki, tədbirdə Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov, sənədli filmi redaktoru Gülzar Mustafayeva, Qəmərin BMT-dəki sabiq səfiri Məhəmməd Toihiri çıxış edərək, Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı və işğalın ağır fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Filmdə Qəmər Adalarının 1975-ci ildə müstəqilliyini elan etdikdən sonra BMT-ə yekdilliklə qəbul edilməsi, Qəmər Adaları İttifaqının Anjuan, Böyük Qəmər, Mayot, Moheli adalarından ibarət olması və dövlətin ərazi bütövlüyünün bütün beynəlxalq təşkilatlar tərəfindən tanınmasına baxmayaraq, Fransanın qeyri-qanuni referendumlar keçirərək Mayot adasını işğal etməsi tarixi faktlarla nümayiş etdirilib.

Həmçinin, filmdə Fransanın Mayotda insan hüquqlarını ciddi şəkildə pozması, əhalinin sayını miqrantlar hesabına süni artırması və adanı Qəmər Adaları İttifaqından ayırması üzrə apardığı çirkin siyasət haqqında danışılır.

Tədbirdə Qəmər Adaları İttifaqından müxtəlif ekspertlər, hüquqşünaslar, hərakat rəhbələri, vətəndaş cəmiyyəti üzvləri, o cümlədən “Maore Komitəsi”nin üzvləri, Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş səfirləri iştirak edirdilər.

Xatırladaq ki, 3 sentyabrda paytaxtımızda "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05