Orta Dəhlizin "yaşıllaşdırılması" təşəbbüsü
SİYASƏT
19:04
18.09.2024
Baxılıb: 2556
Orta Dəhlizin

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Orta Dəhlizin "yaşıllaşdırılması" təşəbbüsü irəli sürüləcək.

"Report" xəbər verir ki, bu barədə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən Sinqapurun "Global DTC Pte Ltd" şirkətinin Proqramların inkişafı şöbəsinin rəhbəri Janar Bağaşarova Bakıda "Qara dəniz və Xəzərdə beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024"də bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs Orta Dəhlizin dayanıqlılığını artırmağa yönəlib: "Əsas diqqət karbon izinin azaldılmasına və karbon emissiyalarının azaldılmasının qiymətləndirilməsinə yönəlib ki, Orta Dəhliz ekoloji cəhətdən təmiz marşrut kimi təqdim edilsin".

J.Bağaşarova marşrut boyunca yerləşən ölkələrin, xüsusilə Qazaxıstan, Azərbaycan və Gürcüstanın inteqrasiyasının vacibliyini vurğulayıb. Əhəmiyyətli nailiyyətlərdən biri "KTZ Express" ilə birlikdə "Tez Customs" rəqəmsal platformasının tətbiqi olub ki, bu da Qazaxıstanı "boz zonadan" çıxarmağa və Çin sərhədində proseslərin şəffaflığını artırmağa imkan verib.

Qeyd edək ki, 2024-cü ilin may ayında "Global DTC Pte Ltd" şirkəti ilə "KTZ Express" arasında imzalanmış saziş Transxəzər marşrutu vasitəsilə Çindən Avropa İttifaqına yüklərin tranzitini sadələşdirmək üçün rəqəmsal dəhlizin yaradılmasına yönəlib. "Tez Customs" rəqəmsal platforma artıq Mərkəzi Asiya ölkələrinə çatdırılma zamanı yüklərin elektron gömrük rəsmiləşdirilməsi üçün uğurla istifadə olunur.

"Global DTC" - Orta Dəhliz boyunca ticarət axınını artırmağa kömək edən qlobal neytral multimodal rəqəmsal platformadır. O, bir çox ölkədə logistika proseslərinin iştirakçıları arasında vəsaitlərə qənaət etmək və səmərəliliyi artırmaq üçün rəqəmsal texnologiyalardan istifadə edərək sənədləşdirmə prosesini optimallaşdırır.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə yaradılan Orta Dəhliz Çindən Avropaya Xəzər dənizi vasitəsilə marşrutları birləşdirir. 2023-cü ildə dəhliz üzrə yük daşımalarının həcmi 2,75 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51