Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar prosesini müzakirə edib.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə A.Qriqoryan sosial şəbəkə hesabında məlumat verib.
Danışıqlar zamanı tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunublar.
Bundan başqa, görüşdə Ermənistan-ABŞ ikitərəfli münasibətləri müzakirə olunub.