Ermənistan və Almaniya XİN-ləri Azərbaycanla sülh müqaviləsi prosesini müzakirə ediblər
00:00
24.09.2024
Baxılıb: 484
Ermənistan və Almaniya XİN-ləri Azərbaycanla sülh müqaviləsi prosesini müzakirə ediblər

İrəvanda Ermənistan və Almaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

“Report” xəbər verir ki, məsləhətləşmələri Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə siyasi direktoru Konrad Artz fon Ştraussenburq aparıb.

Həmçinin, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, delimitasiya, eləcə də sülh müqaviləsinin imzalanması ilə bağlı proseslərdə son vəziyyətə toxunulub.

Digər xəbərlər