Ərdoğan Zelenskilə “Taxıl sazişi”ni müzakirə edib
18:29
25.09.2024
Baxılıb: 372
Ərdoğan Zelenskilə “Taxıl sazişi”ni müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisindən məlumat verilib.

Qeyd olunub ki, Ərdoğan görüşdə Türkiyənin Ukrayna-Rusiya müharibəsinin dialoq yolu ilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyini qorumaqla başa çata biləcəyinə hər zaman inandığını və Ankaranın bu məqsədə çatmaq üçün səylərini davam etdirdiyini bildirib.

Türkiyə lideri V. Zelenskiyə “Taxıl sazişi”ni bərpa etmək üçün səy göstərəcəyini vəd edib.

Digər xəbərlər