Muxtar Babayev Cennifer Morqanla əməkdaşlıq məsələlərini müzakirə edib
SİYASƏT
20:25
25.09.2024
Baxılıb: 220
Muxtar Babayev Cennifer Morqanla əməkdaşlıq məsələlərini müzakirə edib

COP29-un prezidenti Muxtar Babayev və Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşüblər.

"Report" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

“COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi COP29-un Rəyasət Heyəti Bakıda keçiriləcək COP29-da ümumi prioritet məsələlərin həllində gələcək tərəqqi yollarının axtarını davam etdirmək üçün Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan ilə görüşüb”, – məlumatda bildirilib.

Digər xəbərlər