Qazaxıstanda ilk AES-in tikintisi ilə bağlı referendum keçirilir
SİYASƏT
11:41
06.10.2024
Baxılıb: 965
Qazaxıstanda ilk AES-in tikintisi ilə bağlı referendum keçirilir

Qazaxıstanda ilk atom elektrik stansiyasının (AES) tikintisinin mümkünlüyü ilə bağlı ölkə üzrə referendum başlayıb.

“Report” xəbər verir ki, Qazaxıstan vətəndaşları ya nüvə energetikasının inkişafı və ölkədə AES tikilməsi ilə razılaşmalı, ya da bu ideyadan imtina etməli olacaqlar.

Referendumun keçirilməsi təşəbbüsü ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2023-cü ilin sentyabrında xalqa müraciətində çıxış edib. Bundan sonra il ərzində ölkənin bütün bölgələrində dövlət qurumlarının nümayəndələri ilə əhali arasında görüşlər keçirilib, AES-in tikintisi planları müzakirə edilib.

Bu ilin oktyabrında Tokayev bildirib ki, atom elektrik stansiyası tikilərsə, ölkənin gələcək onilliklər üçün davamlı tərəqqisini təmin edəcək, enerji suverenliyini möhkəmləndirəcək və iqtisadiyyatın, elm və təhsilin müxtəlif sahələrinin inkişafına güclü təkan verəcək.

Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və yerli vaxtla saat 20:00-dək (Bakı vaxtı ilə saat 06:00-dan 19:00-dək) davam edəcək. Referendum səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu iştirak edərsə baş tutmuş sayılacaq. Seçki siyahılarına 12,2 milyondan çox qazaxıstanlı daxil edilib. Mərkəzi Referendum Komissiyası nəticələr haqqında məlumatı səsvermə başa çatdıqdan sonra yeddi gün ərzində dərc etməlidir.

Referendum üçün 10 mindən çox seçki məntəqəsi açılıb. 74 məntəqə komissiyası xaricdə - 59 ölkədə fəaliyyət göstərir. Referendumun bülletenində bir sual olacaq: “Siz Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə razısınızmı?” Səsvermə iştirakçıları bu suala cavab verməli olacaqlar: “bəli, razıyam” və ya “xeyr, razı deyiləm”.

Ümumilikdə 30 xarici dövləti, o cümlədən 4 əsas beynəlxalq təşkilatı - MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni təmsil edən 177 beynəlxalq müşahidəçi səsvermənin gedişinə və qanunvericiliyə riayət olunmasına nəzarət edir.

Qeyd edək ki, Azərbaycan Milli Məclisin deputatları - Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Aydın Mirzəzadə, Anar Məmmədov, Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli Qazaxıstanda referendumu müşahidə edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Xəzər dənizində zəlzələ olub
05:44
Fransada yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb
05:41
Aİ Moldovada dəmir yolu xəttinin yenidən qurulmasına 32 milyon avro ayıracaq
03:49
İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlib
03:45
Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh prosesinin mövcud vəziyyətini müzakirə edib
03:43
Ekvadorda həbsxanada iğtişaşlar nəticəsində 15 nəfər ölüb
03:36
Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm
03:36
Alimlər: Dünyadakı nadir meşələrin yarıdan çoxu iqlim səbəbindən yox ola bilər
03:32
Ağ Evdə Baydenlə Tramp arasında görüş olacaq
03:25
Emin Əmrullayev: Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük
21:27
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
21:25
Türkiyə Türkmənistan qazının Azərbaycan ərazisindən nəqlini mümkün hesab edir
20:43
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri ilə görüşüb
20:27
SOCAR ABŞ şirkəti ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanını araşdırır
19:03
IRENA: Bərpa olunan enerji mənbələri üzrə bir-biri ilə əlaqəli şəbəkələr lazımdır
19:01
"Silk Way Group" COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib
19:00
SOCAR “İtalgas” şirkəti ilə əməkdaşlığa dair saziş imzalayıb
18:57
Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək
18:49
Bakı limanının tikintisinin II fazası çərçivəsində əsasən konteyner yüklərinə diqqət yetiriləcək.
18:48
Azərbaycan neftinin 1 barelinin 73,72 ABŞ dolları təşkil edib
18:46