Ceyhun Bayramov Quterreşin müavini ilə Azərbaycanın COP29 Sədrliyinin prioritetlərini müzakirə edib
SİYASƏT
21:15
09.10.2024
Baxılıb: 999
Ceyhun Bayramov Quterreşin müavini ilə Azərbaycanın COP29 Sədrliyinin prioritetlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar hazırlıq prosesləri, Azərbaycanın COP29 sədrliyinin prioritetləri müzakirə olunub.

Azərbaycanın çoxtərəfli diplomatiyada, eləcə də BMT təsisatlarında rolunun əhəmiyyətinə diqqət çəkən BMT Baş katibinin müavini, ölkəmizin COP29-un təşkil olunması istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib. Bununla yanaşı, sülh və təhlükəsizlik, yeni texnologiyalar, gələcəyin maliyyə arxitekturası kimi elementlərin də əks olunduğu Gələcəyin Sammiti zamanı qəbul edilmiş yekun sənədin vacibliyi vurğulanıb.

Tərəflər daha sonra, ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri nəzərdən keçirərək, bu işdəki əhəmiyyətli proqresi məmnunluqla qeyd ediblər.

C.Bayramov Azərbaycanın sədrlik etdiyi COP29 çərçivəsində aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verərək, iqlim dəyişmələri ilə mübarizədə tələb olunan maliyyə vəsaitinin qarşılanması üçün yeni kəmiyyət maliyyə hədəfi müəyyənləşdirilməsinə çalışıldığı, bunun üçün konsensusun əhəmiyyətini diqqətə çatdırıb. Tərəflər bu istiqamətdə BMT və beynəlxalq maliyyə təsisatlarının dəstəyinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, COP29 sədrliyi tərəfindən müxtəlif istiqamətlərdə irəli sürülən 14 təşəbbüsə dəstək barədə məlumat verilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR
Hakan Fidan NATO-nun Baş katibi ilə görüşüb
19:56
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yeni video yayımlayıb
18:03
"Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq".
17:56
Mövləvi Fəthi Məhəmməd Nəkşbəndi beş il azadlıqdan məhrum edilib
17:38
"Mənfəət əldə etmək üçün həmin əmlakların özəlləşdirilməsinə lazımdır"
17:28
Dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması məqbuldur
17:24
"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
17:19
Bu həftə İran və Avropa "üçlüyü"nün nümayəndə heyətləri görüşəcək
17:16
Cavaşir Paşazadə: "Cənub bölgəsində yeni, böyük bir su anbarı tikilməlidir"
17:13
"Silk Way Alat Free Economic Zone" şirkəti və "Modern Construction Group" əlamətdar saziş imzalayıb
17:08
Tahir Mirkişili: "Gələn il üçün neftin büdcə qiyməti reallığa çox yaxındır"
17:07
Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə görüşüb
17:04
Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
14:41
Azər Əmiraslanov: "Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək"
14:37
Qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat çox olacaq
14:20
İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib
14:18
KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib
14:15
Almasadam Satkaliyev: "Qazaxıstan BTC ilə neft tranzitini 13 dəfə artırmaq imkanını nəzərdən keçirir"
14:10
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib
14:06
Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyat keçirib
14:03