Moldovada prezident seçkiləri siyasi gərginliklə müşahidə olunur
SİYASƏT
18:44
15.10.2024
Baxılıb: 1100
Moldovada prezident seçkiləri siyasi gərginliklə müşahidə olunur

"Oktyabrın 20-də Moldovada keçiriləcək prezident seçkiləri ərəfəsində yarışın əsas qalibinin hazırkı Prezident Maya Sandunun olacağı müəyyənləşib. O ən yüksək reytinqə malikdir, lakin bu, 50 %-ə çatmır".

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində, moldovalı analitik Kornel Çurya bildirib.

"Maya Sandu kifayət qədər sərt istifadə olunan bütün inzibati resurslara və Qərb tərəfdaşlarının dəstəyinə malikdir. Bu da yaxşı maliyyələşdirməyə, sərt tədbirlərə icazəyə və güclü media dəstəyinə çevrilir. Hakimiyyət seçkilərdə müxalifətin iştirakı ilə bağlı vəziyyətin maraqlarına uyğun inkişaf etməsində uğur əldə edib. Çünki bütün ciddi rəqiblər seçki yarışına qatılmağa razı olmayıblar. Məsələn, hakimiyyət paytaxt Kişineunun meri İon Çebanı şəhər idarəçiliyində rahat hərəkət edə bilməsi müqabilində seçkilərdə iştirakdan imtina etməyə inandırıb", - analitik vurğulayıb.

K.Çurya deyir ki, birinci turda qələbə üçün kifayət qədər reytinqin olmaması Maya Sandunu ikinci turda mübarizə aparmağa məcbur edəcək: "Xüsusilə Moldova diasporunun əksəriyyəti seçkilərə etinasız yanaşarsa, səslər çatmaya bilər. Buna görə də, hakimiyyət Moldovada seçici fəallığını qəsdən azaldacaq, məsələn, Dnestryanı bölgədə yaşayan vətəndaşlar üçün ölkə daxilində daha az seçki məntəqələri açmaq, rəqibləri yarışdan kənarlaşdırmaq və seçkiləri intriqadan məhrum etmək, seçkilərə böyük marağın olmaması üçün debatlarda iştirakdan imtina etmək yolu, eləcə də, xarici ölkələrdəki vətəndaşlarının seçkilərdə fəallığının artırılmasını stimullaşdıracaq”.

Əlavə edib ki, Maya Sandu özünə qarşı etiraz əhvali-ruhiyyəsini azaltmaq üçün başqa bir strategiyadan da istifadə edir:

“Prezident ölkədəki uğursuzluqların əsas məsuliyyətini daşıyan “Fəaliyyət və Həmrəylik” Partiyasından uzaqlaşır. Seçkilərdən sonra “Fəaliyyət və Həmrəylik” Partiyasını əvəz edəcək digər sağçı partiyaların meydana çıxması da istisna deyil. Moldovada potensial müxalifət elektoratının sayı hökumətyönümlü seçicilərdən çox olduğu üçün bu cür strategiyalar yüz faiz qələbəyə zəmanət vermir".

"İkinci tura çıxmaq üçün ən çox iki namizədin şansı var. Bunlar Aleksandr Stoyanoqlo və Renato Usatıdır. Bundan əlavə, digər iki namizəd - İrina Vlah və Vasile Tarlev növbəti tura çıxmaq üçün müəyyən şansa malikdirlər. Renato Usatı aydın geosiyasi istiqaməti olmayan namizəddir. Çox güman ki, onun Rumıniya vasitəsilə M.Sandu ilə gizli razılaşmaları var. Lakin o, Rusiya ilə də gizli əlaqələr saxlaya bilər. Bu gün Maya Sanduya qarşı ikinci tura çıxmaq üçün əsas namizəd sosialistlərin nümayəndəsi, keçmiş Baş Prokuror Aleksandr Stoyanoqlodur. Buna baxmayaraq, bir sıra çatışmazlıqlar səbəbindən A.Stoyanoqlonun qələbə şansı o qədər də böyük deyil. Belə ki, ilk növbədə o, moldovalı deyil, siyasi mübarizədə təcrübəsi yoxdur, qapalı və gülərüz olmayan (qaşqabaqlı) xarakterə malikdir, üstəlik, prokurordur. Buna görə də, insanlar belə siyasətçilərə simpatiya bəsləmirlər", - analitik vəziyyəti açıqlayıb.

Onun sözlərinə görə, seçki günü Konstitusiyanın Avropaya inteqrasiya lehinə dəyişdirilməsi üçün referendum da keçiriləcək: "Bu referendumun məqsədi Avropaya inteqrasiya ideyası ilə assosiasiya olunan Maya Sandunun seçkilərində iştirak etmək üçün avropayönümlü elektoratı həvəsləndirməkdir. Nəzərə alsaq ki, Avropaya inteqrasiyanı dəstəkləyən insanların sayı Maya Sandunu dəstəkləyənlərdən daha çoxdur”.

Ekspertin sözlərinə görə, Qərbin Moldovanın hazırkı prezidentinə dəstəyi mütləqdir. Bu da qüvvələr balansını onun xeyrinə ciddi şəkildə dəyişir:

“Prinsip etibarilə Qərb bu seçkilərdə uduzmağı gözə ala bilməz, çünki Ukraynada mümkün sülh danışıqları ərəfəsində onun etibarlı arxa cəbhəsi olmalıdır. Buna görə də bu dəstək M.Sandunun xeyrinə müəyyən seçki saxtakarlıqlarının da mümkün olduğunu başa düşməyə imkan verir. Rusiya Moldovadakı Maya Sandu rejimi üzərində təzyiqi artırıb və ölkədəki vəziyyətə artan maraq göstərir. Moldova hakimiyyətinin Rusiya vətəndaşlarına qarşı tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fəaliyyətlərin əlaqələndirilməsi Moskvadan məsafəli şəkildə həyata keçirilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 44,2 min nəfəri keçib
18:35
KİV: Almaniya Müdafiə Nazirliyi parad formalarına 825 milyon avro xərcləmək niyyətindədir
18:33
Peruda yol qəzası nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb
18:10
İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib
18:08
Ombudsman Ciddədə İƏT MDİHK-nin 24-cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib
18:06
Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
17:31
Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefonla danışıb
17:30
Peskov: Cozef Borrellin rəhbərlik etdiyi illər utancla xatırlanacaq
17:28
“SpaceX” şirkətinin raketi 20 “Starlink” peykini orbitə çıxarıb
17:26
Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb
17:22
Qan qrupuna görə xəstəlik riskləri açıqlanıb
17:20
KİV: ABŞ və Yaponiya Tayvan bölgəsində əməliyyatlar planı hazırlayır
17:17
Moldova Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir
17:15
ABŞ-də senator məşhur generalın rütbə almasına mane olub
14:49
Filippində güclü yanğında minə yaxın ev külə dönüb
14:46
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
14:08
2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dollarının səfərbər edilməlidir
13:51
Peskov: Rusiyanın yenilənmiş nüvə doktrinası ABŞ üçün siqnal sayıla bilər
13:47
Sabah güclü külək bəzi insanlarda narahatlıq hissi yarada bilər
13:45
Gürcüstan DİN müxalifət tərəfdarlarını gözlənilən etiraz aksiyasında qanuna riayət etməyə çağırıb
13:43