Azərbaycan yenidən OIC-CERT-nin İdarə Heyətinin üzvü seçilib
12:26
29.10.2024
Baxılıb: 500
Azərbaycan yenidən OIC-CERT-nin İdarə Heyətinin üzvü seçilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.gov.az) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) növbəti dəfə 4 il müddətinə İdarə Heyətinin üzvü seçilib.

Bu barədə XRİTDX məlumat yayıb.

Bildirilir ki, OIC-CERT-in Oman Sultanlığının Maskat şəhərində keçirilən 11-ci ümumi iclasında 2023-2024-cü illər üzrə fəaliyyət planına uyğun olaraq Katiblik və İdarə Heyətinin üzv dövlətləri tərəfindən görülən işlərin hesabatları dinlənilib, gündəmdə olan məsələlər müzakirə olunub, həmçinin yeni üzvlər elan edilib.

İclasda iştirak edən XRİTDX-nın nümayəndəsi Murad Balayev Azərbaycanın rəhbərlik etdiyi 4-cü strateji istiqamət olan “Texnika və texnologiya” sahəsi üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib.

Eyni zamanda Azərbaycanda keçirilmiş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransdan bəhs olunub, regionda ilk dəfə keçirilmiş bu cür nüfuzlu beynəlxalq tədbirə Azərbaycanın ev sahibliyi etməsi İdarə Heyəti tərəfindən yüksək qiymətləndirilib. Kiberdiplomatiyanın informasiya təhlükəsizliyindəki rolu baxımından bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyi və təşkilatın beynəlxalq əməkdaşlıq istiqamətindəki fəaliyyətlərində bu sahənin xüsusi yer alacağı vurğulanıb.

Qeyd edək ki, OIC-CERT qlobal kiberməkanın təhlükəsizliyini təmin etmək və İslam ölkələri CERT mərkəzlərinin beynəlxalq səviyyədə kibertəhlükəsizlik imkanlarını inkişaf etdirmək məqsədilə yaradılıb. Təşkilata 29 ölkədən 66 üzv daxildir. XRİTDX təşkilatın tamhüquqlu üzvü olaraq İdarə Heyətində ölkəmizi 8 ildir təmsil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Malayziya “BRICS” tərəfdaşı olmaq üçün dəvət alıb
06:03
Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycana səfəri başlayıb
06:02
Orban: Trampın ABŞ seçkilərində qələbəsi Macarıstanın təcridinə son qoyub
03:33
Bayden Trampla Avropa, Asiya və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək
03:29
Moldovada seçkilər zamanı polis vətəndaşların telefonları dinləyib
03:28
WP: Putin və Tramp telefonla Ukraynadakı münaqişəni müzakirə ediblər
03:25
Bu gün Azərbaycanda COP29-a start verilir
03:23
Alabama ştatında yerləşən Taskiqi universitetində atışma
22:02
Litvanın Maliyyə Nazirliyi: Aİ Şurasına sədrlik ölkəyə 140 milyon avrodan çox başa gələcək
22:00
Almaniyada İsrailin “Arrow 3” raketdən müdafiə sisteminin yerləşdirilməsinə hazırlıq gedir
21:59
Meksikada silahlı insident nəticəsində 10 nəfər öldürülüb, yaralılar var
18:13
Livan İsrailin şimalına raket hücumu həyata keçirib, yaralılar var
18:12
KİV: Trampın dövründə Pentaqona Kristofer Miller rəhbərlik edə bilər
18:11
İrakli Kobaxidze COP29-da iştirak edəcək
16:23
Rusiya Ukraynanın 70 pilotsuz təyyarəsini vurub
16:20
İlham Əliyev rəsmi görüşlər keçirib
16:16
KİV: Qəzzadakı döyüşlərdə 188 jurnalist həlak olub
13:19
Moskva meri şəhərə doğru uçan 32 dronun məhv edildiyini açıqlayıb
13:01
Emil Məcidovun tullantılardan hazırladığı instalyasiya nümunələri
12:22
Rusiyada üç hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib
12:20