İrəvan və Bakı sülh sazişi layihəsinin qalan bəndlərini razılaşdıra biləcəklər.
Ermənistan KİV xəbər verir ki, bu barədə hökumətin aparat rəhbəri Araik Arutyunyan parlamentdə keçirilən brifinqdə bildirib.
"Bu baxımdan, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin təmasları faydalıdır. Biz hələ razılaşdırılmamış bəndlərin razılaşdırılması imkanını görürük", - o vurğulayıb.
Qeyd edək ki, oktyabrın 24-də N.Paşinyan və İ.Əliyev Kazanda BRICS sammiti çərçivəsində görüş keçiriblər. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.