Ermənistan və Türkiyə arasında dinamik, müsbət dialoq qurulub.
Ermənistan KİV xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzоyan parlamentdə bildirib.
"İki ölkə arasında diplomatik əlaqələrin qurulması, sərhədlərin, nəqliyyat və digər kommunikasiyaların açılması istiqamətində dialoq aparılır", - A.Mirzоyan izah edib.
Onun sözlərinə görə, hər iki ölkənin ekspertləri sərhəddəki infrastrukturun qiymətləndirilməsi üzrə iş aparıblar: "Yaxın vaxtlarda Gümrü-Qars dəmir yolu hissəsinin infrastrukturunun oxşar qiymətləndirilməsi aparılacaq".
Bununla yanaşı, XİN rəhbəri qeyd edib ki, Ankara normallaşmanı Ermənistan-Azərbaycan prosesi ilə əlaqələndirir. İrəvan bunu bir qədər qeyri-konstruktiv mövqe hesab edir, lakin münasibətlərin normallaşması baxımından nikbin əhvali-ruhiyyədədir.