İtaliyada Avropanın ən böyük vulkanı oyandı
14:10
21.04.2020
Baxılıb: 102538
İtaliyada Avropanın ən böyük vulkanı oyandı

İtaliyada Avropanın ən böyük aktiv vulkan Etna oyanıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “ Euroweekly News” nəşri yayıb.

Mənbə bildirir ki, püskürmə lavanın axmasına səbəb olub.

Siciliyanın Kataniya şəhərində dağdan 30 kilometr məsafədə görünən göydə böyük və qalın tüstü sütunları meydana gəlib.

Vulkan cümə günü aktivlik əlamətləri göstərib.

Püskürmə beş kilometrə qədər yüksələn və tədricən şiddətlənməyə başlayan partlayışla başlayıb.

İtaliya mediasına görə, püskürmə sakinlərin sağlamlığına təhlükə yaratmayıb.

Etna vulkanı 2700 ildir fəal püskürür, sonuncu vulkan püskürməsi 2019-cu ilin iyulunda qeydə alınıb.

Babək Göyüş

KONKRET.az

Digər xəbərlər